• 5 Mart 2024
logo
Saat 9-a işləyir, Laçında həyat qaynayır... - Video

Saat 9-a işləyir, Laçında həyat qaynayır... - Video

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Laçından yeni görüntülər paylaşıb. Baymedia.az Yenipress.az-a istinadən xəbər verir ki, o bu barədə Feysbukda paylaşım edib. "Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır. Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə tikinti, yenidənqurma, bərpa işləri gedir. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu "yaralar" sağaldılır... Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birnə çevriləcək. Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun! "Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu "yaralar" sağaldılır... Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək. Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!" - o qeyd edib.