• 7 Dekabr 2022
logo
Bakıda maşındakı yanğın binaya keçdi

Bakıda maşındakı yanğın binaya keçdi

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Baymedia.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.
Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.