• 28 Mart 2024
logo
Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.