• 26 Aprel 2024
logo
Bakıda kişi əməliyyatdan sonra öldü

Bakıda kişi əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Bəxtiyar Ağaismayıl oğlu İsmayılov sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.