• 1 Dekabr 2022
logo
Bayrağımızı qoparıb atan "məmur" - Video

Bayrağımızı qoparıb atan "məmur" - Video

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. Baymedia.az xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı ilə məşğul olan mağazaya daxil olaraq, mübahisə etdiyi görünür. O, mübahisədən sonra obyektin önündə asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atır. Hadisənin Bərdə rayonunda olduğu ehtimal edilir.

***

Bayrağı masanın üstünə atan şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bu sözləri saytımıza DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

O bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik: