• 1 Dekabr 2022
logo
Bakıda keçirilən NATO kursu başa çatdı

Bakıda keçirilən NATO kursu başa çatdı

NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.
Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.
Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.