• 26 Aprel 2024
logo
Paytaxtda qanunsuz tikinti işinin qarşısı alındı

Paytaxtda qanunsuz tikinti işinin qarşısı alındı - Video

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə Baymedia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktını aşkarlayıb. Göstərilən məsələ ilə əlaqədar müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.