• 8 Dekabr 2022
logo
Xocavənddə ermənilərin məhv edilmiş helikopteri tapıldı

Xocavənddə ermənilərin məhv edilmiş helikopteri tapıldı - Foto

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-8 helikopterinin qalıqları aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-8 helikopteridir.