• 27 İyul 2024
logo
Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi

Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.