• 8 Dekabr 2024
logo
Rusiyalı şairə: “Çox sağ ol mənim dostum, böyük Azərbaycan”

Rusiyalı şairə: “Çox sağ ol mənim dostum, böyük Azərbaycan”

Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”

Bu gün öz yaradıcılığında Azərbaycana yer ayıran qeyri-azərbaycanlılar az deyil. Onlar ən səmimi şəkildə ölkəmizə və xalqımıza qarşı sayğılarını fəaliyyətləri ilə nümayiş etdirirlər. “Palitra” qəzeti olaraq, “Azərbaycanın dostları” adı altında belə Azərbaycansevərlərin axtarışındayıq. Bu baxımdan, rubrikamızın növbəti qonağı tanınmış rusiyalı şairə Yekaterina Xlebnikovadır. Xatırladaq ki, şairə Yekaterina Xlebnikova 18 may 1985-ci ildə Novosibirsk şəhərində anadan olub. İki ali və musiqi təhsili alıb. Saysız şeir müsabiqələrinin qalibi olub. Onun əsərləri dünya oxucularının qəlbini oxşayır. İndi Yekaterina şeirlərini yerli səhnələrdə və qastrol səfərlərində oxuyur.

-Siz nə vaxtdan şeir yazmağa başlayıbsınız?

-Hər şey uşaqlıqdan başladı. Həmişə qafiyələr fikirləşirdim və hər dəfə daha bacarıqlı və daha çevik idim. Rəfiqələrim üçün şeirlər yazdım və onlar sevgililərinə göndərdilər. Buna görə də ilk dəfə daxilimdə şeir yazmaq tələbini hiss etdim (sevgi etirafları üçün çox sifariş var idi).
Məktəb illərində bir neçə dəfə şəhər yarışmasının qalibi oldum. Şeirlərimi sinifdən gizli olaraq, gənc şairlərin regional yarışmasına göndərməyimi xatırlayıram. Beləcə, bir ay sonra sinif müəllimi məni qələbə münasibətilə təbrik etdi. O zaman mənə sertifikat təqdim etdilər. Əlbəttə, bu mənim üçün çox xoş idi.
Sonra musiqi məktəbinə və vokala daxil oldum. Mahnılar yazdım, ifa etdim.
İnstitutda bütün vokal festivallarının laureatı olurdum. Eyni zamanda, universitetlərarası şeir müsabiqlərində iştirak etmişəm və qalib olmuşam. Bütün hallarda, istənilən qələbə xoşbəxtliyə aparan bir yoldur...
Sonra tale elə gətirdi ki, rus şou-biznesi yenidən məni özünə cəlb etdi. Mən, CTC kanalında işləmək üçün Moskvaya getdim, musiqi və vokal tok-şousunun üzvü oldum. Filip Kirkorov, Dmitry Bilan, Sam Brown və rejissor Lina Arifullina kimi ulduzlarla birlikdə işlədim və onlardan çox şey öyrəndim. Bilirsiniz, bu, mənim üçün çox xoş oldu, amma mahnı oxumaq əvəzinə, həmişə şeirlərimi tamaşaçılara oxudum.
Daha sonra ikinci ali təhsil aldım. Bankda, kömür daşımaları şirkətində çalışdım. Həyatın bu dolanbac yolları məni kilsəyə apardı, orada həyat yoldaşımla tanış oldum. Ailə qurduq və gözəl əkiz övladlarımız (Mira və İvan) dünyaya gəldi.
Uşaqlar bir neçə aylıq olanda Sibirdə şeir yarışmasına rast gəldim. Ən çox sevdiyim müəlliflərin şeirlərini oxudum. Bunu “İnstagram”da da paylaşdım. Həmin yarışmada qalib gəldim. Daha sonra təşkilatçılarla birgə şeirimə bir film çəkdik.
Bundan sonra sosial şəbəkələrdə çoxlu suallar yazdım - “Səni harada oxuya bilərəm” rubrikası altında və paylaşmağa başladım. Gündən-günə izləyicilərimin sayı artdı. Çoxlu yeni şeirlər yazdım, cəsarətim gücləndi, özümə inamım artdı...

-İlk şeir gecənizi necə xatırlayırsız?

-İlk şeir gecəmi hələ də xatırlayıram. Əllərim, səsim titrəyirdi, amma izləyicilər dəstəklədilər və xüsusi sevgi ilə alqışladılar. Bundan sonra çoxlu belə axşamlar oldu. Yeni insanlar şeirlərimi söyləmək üçün məni dəvət etməyə başladılar. Beləcə, daha çox səyahət etməyə başladım.
Mən fərqli şeylər, insanlar, hisslər, vətən haqqında, mənəviyyat, şərəf, pisliklər, inanclar və qərəzlər haqqında yazıram, amma nəticədə hər şey sevgidən qaynaqlanır. Əgər qəlbində xeyirxahlıq varsa, deməli bütün həyatınız sevgi ilə bağlıdır.

-Azərbaycanda ilk dəfə nə vaxt olubsunuz?

- Azərbaycanda ilk dəfə 2014-cü ildə olmuşam. “Eurovision” musiqi yarışmasının finalında iştirak etdim. Şəhərdə insanların qonaqpərvərliyindən təəccübləndim. Bizim həm Rusiyada, həm də Bakıda ailəvi münasibətimiz olan çoxlu azərbaycanlı dostlarımız var. Bakıda müasir binalara qədim şəhərin harmoniyası var, daş döşənmiş küçələr və ideal hamar yollar insanı heyrətləndirir. Yeməkləriniz isə necə də dadlıdır! Bu yeməklər hər hansı qurmana həzz verir. Bütün bunlar, həm də Xəzərin romantikası ilə əhatələnib.

- Siz bir çox ölkələrdə şeir gecələri keçiribsiniz. Bizim ölkədə də şeir gecəsi keçirmək istərdinizmi?
-İndi yaddaşım məni keçmişə qaytarır və həyəcanlı bir tərzdə həyat məni Rusiyada azərbaycanlılarla tanış edir, isti münasibətlər yaranır və əməkdaşlıq davam edir. Bu, ölkənizin tamaşaçıları ilə tanış olmaq və əsərlərim və düşüncələrimi bölüşmək üçün bir səbəb deyilmi? Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam.

-Azərbaycanda tanıdığınız, əməkdaşlıq etdiyiniz şair varmı?

-Azərbaycan ədəbiyyatı ilə ilk tanışlığım orta əsr şairi Məsihinin "Vərqa və Gülşa" əsəridir. Əlbəttə, İmadəddin Nəsimi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Sabir, Şəhriyar kimi bir çox şairləri tanıyıram. Azərbaycana gəldikdən sonra, şübhəsiz ki, ədəbiyyat tarixi ilə tanış oldum, maarifçiləri və əsərlərin özlərini, əlbəttə, tərcümələrdə və ya təsvirlərdə də tapa bildim, amma bu, az deyil.
Müasirlərdən Leyla Əliyevanın fəlsəfi, düşüncəli əsərlərini eşitmişəm. Ölkənizdəki oxucularım və həmkarlarımla görüşməkdən məmnun olardım.

-Azərbaycanla bağlı ilk şeiriniz hansıdır?

-Təxminən 5 dəfə Azərbaycana gəldikdən sonra Qəbələ rayonuna baş çəkə bildim. Lahıc kəndində də oldum və milli geyim dəstinizdən geyindim. Ağsu keçidində səhər yeməyi yeyib, insanlarla səmimi söhbət etdik.
Ətrafdakı hava və təbiət - şairin gözləri və fantaziyası üçün böyük bir zövq idi. Ona görə də ailəmlə, dincəlmək üçün buraya qayıtmaq qərarına gəldim. Həyat yoldaşım və mən böyük dostlar qrupu ilə çox yerdə olmuşuq. Amma tərəddüd etmədən deyə bilərəm ki, bu, mənim səfərlərim içərisində ən yadda qalanlarından biridir. Təəccüblü və fərqli, qeyri-adi Azərbaycan haqqında ilk şeirimi yazdım:

«Горы эти полны историй и сланца.
Рядами плотными щедробогатых крон,
Словно густая кучерявостью голова афроамериканца.
Высота немыслимых царственных гор.
Облака выглядывают из под острых
Отшлифованных Божею волей пик,
Прогоняя околодумных монстров
Я вдыхаю полной свободы лик.
Ой ты милая , милая птаха , как резвишься
Когда на просторе крыло.
У такого места полно размаха,
Ой ты птаха, как же с тобою нам повезло.
Мне привольно и пьётся здесь и пишется,
У вина вкус гранатов и абрикос.
Здесь особенные рифмы слышатся
Перемешиваясь с запахом ветра и гордых роз.
А поодаль- и реки дикие,
и деревни, лимандровые сады.
Не гони часовой свои стрелки ,
Погоди же ты,
Дай мне внутрь впустить родниковой святой воды.
Длинноногие сосны и виноградники,
Козы, овцы, уверенный алабай,
А по краю времени - хлопцы всадники,
Под симфонью стрижей романтичных стай.
Набегают на мысли мои опьяневшие
И стремительным ветром запутывают уста.
Все что мне остаётся-
услaдиться вдоволь черешнею
И мечтательно щелкнуть пальцами у виска.
Ой ты время, благодарю что безвременно,
Что умеешь растягиваться, не бежать,
Мне стоится на этой земле уверенно
Спасибо мой друг, великий Азербайджан.»