• 23 May 2025
logo
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq materialların təhlili mərhələsinə keçib

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq materialların təhlili mərhələsinə keçib

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaq toplanmış materialların təhlili mərhələsinə keçib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

Onun sözlərinə görə, məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu öyrənirlər.

Təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Azərbaycan və Rusiyanın hava limanlarında olublar

Karabayev qeyd edib ki, təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Bakı, Qroznı və Rostov-na-Donu daxil olmaqla Azərbaycan və Rusiyanın hava limanlarında olublar.

Qəzanın təfərrüatları: Qroznıya uçan təyyarə Aktau yaxınlığında qəzaya uğradı

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəza zamanı 29 nəfər sağ qalıb, fədakar ekipaj üzvləri təltif olunub

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.