Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəallar Tahir Nəqəvi, Ayaz Seyfxah və Kərəm Mərdanənin məhkəmə iclası keçirilib.
Gunaz.tv
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilən məhkəmə iclasında fəallar barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı ediblər.
Onlar "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.
Qeyd edək ki, təhlükəsizlik məmurları adı çəkilən fəalları fevralın 6-da Kərəc şəhərində həbs ediblər.