Heydər Əliyev prospekti, “Bağırov” tunelinin çıxışında yol qəzası baş verib.
Bu barədə Baymedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.