• 18 May 2025
logo
Sabirabad polisindən əməliyyat: saxlanılan var

Sabirabad polisindən əməliyyat: saxlanılan var

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Kərimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Baymedia.az-a verilən məlumata görə, həmin şəxsdən 5 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.