• 6 İyul 2025
logo
İranda 6 qadın fəal həbs edildi

İranda 6 qadın fəal həbs edildi

Bu gün İranın Gilan əyalətində yaşayan 6 qadın hüquq müdafiəçisi həbs edilərək Rəşt şəhərinin Lakan həbsxanasına köçürülüb.

Baymedia.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Xanım fəalların hər birinin 6 il 1 ay 17 gün azadlıqdan məhrum edildikləri bildirilib.

Onlar "milli təhlükəsizliyi pozmaq məqsədilə təşkilata üzv olmaq) və "hakimiyyətə qarşı təbliğat"da günahlandırılıblar.