• 22 Oktyabr 2024
logo
Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

Lerikdə yabanı halda bitən narkotik tərkibli bitkilər yandırılıb.

Baymedia.az-ın verdiyi məlumata görə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.