• 22 Oktyabr 2024
logo
Toydan qayıdan mikroavtobus qəzaya uğradı: 3 nəfər...

Toydan qayıdan mikroavtobus qəzaya uğradı: 3 nəfər...

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt- Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobus ilə VAZ-2106 markalı avtomobilin toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.