• 22 Oktyabr 2024
logo
Qafqaz Qartalı-2024 təlimi başa çatdı - Video

Qafqaz Qartalı-2024 təlimi başa çatdı - Video

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən Qafqaz Qartalı-2024 taktiki-xüsusi təlimi başa çatıb.

Bu barədə Baymedia.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Qafqaz Qartalı-2024 təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda bildirilib.