• 27 İyul 2024
logo
Ağstafaçay Ermənistanda yolu dağıtdı

Ağstafaçay Ermənistanda yolu dağıtdı

Ağstafaçayın daşması nəticəsində Ermənistanın Dilican icmasının Axartsin kəndində bir neçə evi su basıb.

Baymedia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.

“Dilican icmasının Axartsin kənd orta məktəbi ilə üzbəüz dövlətlərarası avtomobil yolunun düz kənarında Ağstafa çayı məcrasından çıxıb və iki evi su basıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Ağstafa çayının daşması nəticəsində Dilican-İcevan yolu da dağılıb.

Qeyd edək ki, Ağstafaçayın daşması nəticəsində Qazaxın bir sıra ərazilərini də su basıb.