• 24 İyul 2024
logo
Sumqayıtda suyun verilişində fasilələr yaranacaq

Sumqayıtda suyun verilişində fasilələr yaranacaq

Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, mayın 24-ü saat 9:00-dan 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.