• 15 İyun 2024
logo
Yeznəsini güllələyən şəxs saxlanıldı

Yeznəsini güllələyən şəxs saxlanıldı

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Baymedia.az xəbər verir ki, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Mais Ələkbərov güllə yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Məlumata görə, M.Ələkbərov yeznəsi Naib Həsənov tərəfindən güllələnib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. N. Həsənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Naib Həsənov saxlanılıb.