• 20 May 2024
logo
HDQ və FHN Xəzərdə birgə təlimlərə başladı

HDQ və FHN Xəzərdə birgə təlimlərə başladı

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir.

Bu barədə Baymedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.