• 4 May 2024
logo
Culfa rayonunda ağır qəza: ölənlər var

Culfa rayonunda ağır qəza: ölənlər var

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az Report-a istinadla xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Şevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Kamal Qürbət oğlu Cəfərov və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü İbrahim İldırım oğlu Sahilov və 1998-ci il təvəllüdlü Əbülfəz Elçin oğlu Əlizadə isə yaralanıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.