Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.
Baymedia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.
Onun meyiti eyvanda asılı halda aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.