• 30 Aprel 2024
logo
Gəncədə şagird şagirdi bıçaqladı

Gəncədə şagird şagirdi bıçaqladı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.

Baymedia.az Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.