• 29 Aprel 2024
logo
Evdən 85 minlik qızıl-zinət əşyaları oğurlandı

Evdən 85 minlik qızıl-zinət əşyaları oğurlandı

Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalar oğurlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, oğurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.