• 19 May 2024
logo
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

Baymedia.az DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Araşdırma aparılır.