• 23 Yanvar 2025
logo
Bakıda 9 otaqlı evdə yanğın oldu

Bakıda 9 otaqlı evdə yanğın oldu

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 9 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

Baymedia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.