• 23 Yanvar 2025
logo
Yevlaxda yolkənarında ağaclar yandı

Yevlaxda yolkənarında ağaclar yandı

Yevlax rayonunda yolkənarı ərazidə ağaclar yanıb.

Baymedia.az xəbər verir ki, yanğın Aran qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində bir neçə ağac da yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğının yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.