• 27 Aprel 2024
logo
Keçmiş məhkum Bakıda 3 evi soydu

Keçmiş məhkum Bakıda 3 evi soydu

Bakıda üç evdən oğurluq edən keçmiş məhkum tutulub.

Baymedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zığ qəsəbəsi ərazisində müxtəlf vaxtlarda 3 evdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mürvət Əhədov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.