• 17 Aprel 2024
logo
Ölkədə bankların dollara tələbi azaldı

Ölkədə bankların dollara tələbi azaldı

5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Baymedia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.