• 27 İyul 2024
logo
Azərbaycanda yeni fond yaradıldı

Azərbaycanda yeni fond yaradıldı

Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

Baymedia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib. Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” “İnnovasiyalar Mərkəzi” MMC ilə əvəzlənib.

***

Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib.

Müəyyən edilib ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.