• 27 İyul 2024
logo
Cəbrayılda daha bir müəssisə yaradılacaq - Nazir

Cəbrayılda daha bir müəssisə yaradılacaq - Nazir

Mətanət MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.

Baymedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.

Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq:

“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.