• 17 Aprel 2024
logo
Azərbaycan alman şirkətləri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan alman şirkətləri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Baymedia.az-a bildirilib ki, görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla bərpaolunan enerjinin ixracı planları haqqında məlumat verilib. Günəş və külək enerjisi layihələri, bioenerji, “yaşıl hidrogen”, enerji səmərəliliyi, “yaşıl texnologiyaların” istehsalı kimi sahələrdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.