• 27 İyul 2024
logo
AMB vəzifəli şəxsləri cərimələdi

AMB vəzifəli şəxsləri cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

Baymedia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Azkredit ASC-nin vəzifəli şəxsi 1 500 manat, Asel Kredit MMC-nin vəzifəli şəxsi 3 000 manat, Finoko ASC-nin vəzifəli şəxsi 4 500 manat, TBC Kredit MMC-nin vəzifəli şəxsi 6 000 manat və PSG Finans MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib.

"Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib", - məlumatda qeyd olunub.