• 1 İyul 2025
logo
Qarabağ və Şərqi Zəngəzura bu qədər pul qoyulacaq

Qarabağ və Şərqi Zəngəzura bu qədər pul qoyulacaq

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatını və yaxud 10,4%-ni işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Maliyyə Nazirliyindən Baymedia.az-a verilən məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3% azdır.

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.