• 20 Aprel 2024
logo
Bu ölkə də Azərbaycandan qaz almaq istəyir

Bu ölkə də Azərbaycandan qaz almaq istəyir

Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzeti ölkənin energetika naziri Vircil Daniel Popeskuya istinadla qeyd edir ki, ölkəsi 2024-cü ildə Azərbaycandan qaz tədarükünü davam etdirmək niyyətindədir.
Baymedia.az-ın məlumatına görə, məqalədə bildirilir ki, 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə iki ölkə arasında əməkdaşlığı davam etmək planlaşdırılır.
Qeyd edək ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında müqavilə imzalanıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.