• 29 Mart 2024
logo
Büdcə xərcləri 10% artırılır – Nazir

Büdcə xərcləri 10% artırılır – Nazir

Dövlət büdcəsi xərclərinin 10% artırılması nəzərdə tutulur.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq:
“Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”.