Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə iyun qaz fyuçersləri təxminən iki il ərzində minimuma enib - min kubmetr üçün 321 dollara qədər.
Baymedia.az xəbər verir ki, bunu “London ICE” birjasında aparılan ticarət məlumatları sübut edir.
Müqavilələr sonuncu dəfə bu səviyyədə 2021-ci ilin iyun ayında alınıb. Məlumata görə, qazın qiyməti min kubmetr üçün 326 dollar təşkil edib.
Rusiyadan tədarükün kəskin azalmasına baxmayaraq, Avropa qazının qiymətləri 2022-ci ilin sentyabrından aşağı düşür. Avropaya əsas tədarük marşrutu - "Şimal axını" üzrə ixracın dayandırılmasından dərhal sonra qazın qiyməti hər min kubmetr üçün 3,5 min dollara yüksəldi. O vaxtdan bəri yanacağın qiyməti on dəfə aşağı düşüb. Qiymətlərin azalmasının əsas amillərindən biri Aİ anbarlarında rekord qaz ehtiyatları olub.