• 22 Oktyabr 2024
logo
Avropa rus qazının tədarükünə tam qadağa qoyur

Avropa rus qazının tədarükünə tam qadağa qoyur

Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.
Baymedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.
Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.