• 22 Oktyabr 2024
logo
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında minatəmizləyən istehsalı müəssisəsi yaradılacaq

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında minatəmizləyən istehsalı müəssisəsi yaradılacaq

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-yə rezident statusu verilib.
Baymedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, şirkət investisiya həcmi 7,3 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək. Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək.