• 20 Aprel 2025
logo
Bitkoinin dəyəri son on ayda ilk dəfə 30 min dolları ötüb

Bitkoinin dəyəri son on ayda ilk dəfə 30 min dolları ötüb

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin dəyəri ticarət sessiyası zamanı 5%-dən çox artaraq 30,194 min dollara çatıb.

Baymedia.az Coindesk plaformasına istinadən xəbər verir ki, bu qiymət Bakı vaxtı ilə saat 06:00-da qeydə alınıb. "Worldcoinindex" platformasında isə bitkoin 30,399 dollara qədər yüksəlib.

Qeyd edək ki, bitkoinin dəyəri sonuncu dəfə 2022-ci il iyunun 10-da 30 min dolları ötüb.