• 4 İyun 2023
logo
Azərbaycan bu tarixdən Macarıstana qaz ixrac edə bilər

Azərbaycan bu tarixdən Macarıstana qaz ixrac edə bilər

Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər.
Baymedia.az xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə aparılıb.
Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib.
Xatırladaq ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.