• 29 Mart 2024
logo
İran hər il Azərbaycandan bu qədər qazanır

İran hər il Azərbaycandan bu qədər qazanır

Görüntülər göstərir ki, İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir. Ancaq aydındır ki, bütün bunlar regiondakı yeni düzəni dəyişmək gücündə deyil.
Baymedia.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Tehran rejiminin müsəlman qonşusuna qarşı təhdidlərə üstünlük verməsinin özü İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir:
“Təbii ki, bu siyasətə görə itirən tərəf Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir.
Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə ötən il İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu da o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib. Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu da onu deməyə əsas verir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, itirən tərəf yenə də məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda, biznes üçün bu heç də kiçik rəqəm deyil”.