• 26 Aprel 2024
logo
Ceyhan neft terminalında əməliyyatlar dayandırıldı

Ceyhan neft terminalında əməliyyatlar dayandırıldı

Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinə Türkiyənin Energetika Nazirliyindən bildirilib.
Bununla belə, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir.
Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.