• 19 Aprel 2024
logo
Avropada qazın qiyməti 700 dollardan aşağı enib

Avropada qazın qiyməti 700 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 700 ABŞ dollarından aşağı enib.

Baymedia.az xəbər verir ki, 23 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 690,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (747 dollar) ilə müqayisədə 7,5% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.