• 20 İyun 2024
logo
Rusiyadan Avropaya qaz nəqli bu tarixdən artacaq

Rusiyadan Avropaya qaz nəqli bu tarixdən artacaq

Avropada Rusiya qazına tələbatı hələ də isti və küləkli havaya görə azdır. Lakin bazar ertəsindən başlayaraq Avropa regionunda soyuq havalara görə Rusiyadan Ukrayna ərazisi ilə mavi yanacağın tədarükü arta bilər.

Baymedia.az xəbər verir ki, bunu “BCS World of Investments” şirkətinin baş analitiki Ronald Smit deyib.

Analitik qeyd edib ki, mayın sonundan müəyyən günlər istisna olmaqla Ukraynanın qaz nəqli sistemi ilə Rusiyadan Avropaya qaz tranziti sutkada 40-43 milyon kubmetr səviyyəsində olub. Lakin yanvarın 4-dən bu rəqəm 38 milyon kubmetrdən aşağı düşüb. Eyni zamanda, tədarüklər ardıcıl səkkiz gün ərzində 35,5 milyon kubmetr səviyyəsində qalıb.