• 27 İyul 2024
logo
AZAL Almatıya uçuşları bərpa edir

AZAL Almatıya uçuşları bərpa edir

Azərbaycan Hava Yolları QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan Baymedia.az-a verilən məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Reyslərə yalnız COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Azərbaycana giriş qaydaları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda AZAL-ın aşağı büdcəli törəməsi - “Buta Eyrveys” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.