• 29 Mart 2024
logo
Antalya Avropanı ərzaqla təmin edəcək

Antalya Avropanı ərzaqla təmin edəcək

Türkiyənin Antalya vilayəti Avropanı ərzaqla təmin edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə “Milliyət” nəşri məlumat yayıb.
“Avropada enerji böhranı səbəbindən istixanalarda əkinlər 30-40% azalıb. İndi Avropa supermarket şəbəkələri türk istehsalçıları axtarır. Türkiyədə bazar ekspertləri bir neçə aydır ki, Avropaya ərzaq tədarükü ilə bağlı danışıqların aparıldığını bildiriblər. Eyni zamanda, Avropa pərakəndə satış şəbəkələri həm Antalyada, həm də onun ətrafında fəal şəkildə təchizatçı axtarır”, - məlumatda bildirilib.