Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib.
Baymedia.az xəbər verir ki, ümumilikdə 18 binadan 815 mənzil seçilib.
MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bütün mənzillərin seçildiyini deyib:
“Əvvəlki mənzil seçimlərindən fərqli olaraq, bu dəfə vətəndaş evi seçdikdə digər mərhələyə keçməsi üçün 5 saniyə müddət qoyulub. Buna səbəb sürətli keçidin qarşısının alınması olub”.